Dünya futbolu

“Mançester Siti” bu mövsüm turnirin qalibi olmaya bilməz”

İtaliya millisinin sabiq müdafiəçisi Kyellini Çempionlar Liqasının finalı barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, o, “Mançester Siti”nin görüşün favoriti olduğunu açıqlayıb:

“Qvardiola hələ də Çempionlar Liqası ilə maraqlanır. “Mançester Siti” bu mövsüm turnirin qalibi olmaya bilməz, onlar böyük favoritlərdir. Onlar çox yüksək səviyyədədir. 

“İnter”in yeganə ümidi durmadan çalışmaq, rəqibin təzyiqi tab gətirməkdir. Əgər oyun boyu pressinq edə bilməsəniz, işiniz çətin olacaq”

Çempionlar Liqasının finalı iyunun 10-da İstanbulda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43