Dünya futbolu

“Messi barədə danışmırıq” – “Barselona”nın oyunçusu

“Barselona”nın müdafiəçisi Ronald Arauxo yerli mətbuata açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, hücumçu Lionel Messinin Kataloniya komandasına mümkün qayıdışından danışıb:

“Biz paltardəyişmə otağında bu barədə danışmırıq. Bununla belə, Lionel Messi kimi futbolçu komandamızda həmişə xoş qarşılanacaq”.

Messi 2005-2021-ci illərdə “Barselona”da çıxış edib. Onun PSJ ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Bu mövsüm o, klubun heyətində bütün turnirlərdə 38 oyuna çıxıb, 20 qol vurub və 19 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43