“Mançester Siti”nin qapıçısı Ceyms Trafford yayda komandadan ayrıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı qolkiper daha çox oyun praktikası qazanmaq istədiyi üçün bu addıma açıqdır. Klub isə onu saxlamaq niyyətindədir.
Traffordla bir neçə İngiltərə klubu maraqlanır. Onlardan biri də “Brayton”dur.
Qeyd edək ki, Trafford ötən yay “Bernli”dən transfer olunub. O, bu mövsüm 14 oyunda 10 qol buraxıb, 7 dəfə qapısını toxunulmaz saxlayıb.

