02 İyul 2026
Ölkə futbolu

“Özümü bu ölkəyə aid hiss edirəm və seçimimi etmişəm”

“Moskva “Dinamo”sunun azərbaycanlı futbolçusu Ülvi Babayev milli seçimindən danışıb.

İdmanxeber.az-ın məlumatına görə, yerli mətbuata danışan oyunçu Rusiya futbolunun hazırda təcrid vəziyyətində olmasına baxmayaraq, seçimindən peşman olmadığını bildirib:

“Rusiyada doğulmuşam və burada böyümüşəm. Ailəmə böyük hörmətim var, amma özümü bu ölkəyə aid hiss edirəm və seçimimi etmişəm”.

O, legioner statusu ilə bağlı ehtimalları isə nəzərə almadığını əlavə edib:

“Düzünü desəm, bu barədə heç düşünməmişəm. Yəni, legioner olsam, rəqabət çətinləşər kimi hesablamalar aparmamışam. Sadəcə olaraq özümü bu ölkəyə aid hiss etdiyim üçün bu addımı atmışam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43