05 İyun 2026
Dünya futbolu

“Mançester Yunayted”dən 80 milyonluq təklif

“Barselona”nın 22 yaşlı yarımmüdafiəçisi Fermin Lopes “Mançester Yunayted”in transfer siyahısına düşüb.

İdmanxeber.az-ın məlumatına görə, İngiltərə klubu ispan futbolçu üçün təxminən 80 milyon avro dəyərində rəsmi təklif göndərib.

Maliyyə çətinlikləri səbəbindən “Barselona”nın bu məbləği rədd etməsi çətin görünür. Lakin Lopes hələ gələcəyi ilə bağlı qərar verməyib. Akademiya yetirməsi olan yarımmüdafiəçi ötən mövsüm 46 oyunda 8 qol və 10 asistlə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43