05 İyun 2026
Ölkə futbolu

“Qarabağ” milyonlarla avro qazandı 

“Qarabağ” UEFA Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu bu tura yüksəldiyi üçün büdcəsini xeyli zənginləşdirəcək. “Qarabağ” UEFA-dan təxminən 5 milyon avro civarında mükafat alacaq.

Əgər təmsilçimiz Çempionlar Liqası Liqa mərhələsinə vəsiqə qazanarsa, büdcəsini daha 16,5 milyon avro zənginləşdirəcək.

Xatırladaq ki, Azərbaycan çempionu pley-offda Macarıstanın “Ferensvaroş” klubu ilə üz-üzə gələcək. Tərəflər arasında ilk qarşılaşma avqustun 19-da Budapeştdə oynanılacaq və Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Cavab görüşü isə avqustun 27-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Bu matç saat 21:00-da başlayacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43