Markus Raşford haqqında çıxan iddialara münasibət bildirib.
İdmanxeber.az xəbər verir ki, “Daily Star” nəşri futbolçunun “Mançester Yunayted”dən həftəlik 500 min funt sterlinq tələb etdiyini yazmışdı. İngiltərəli hücumçu isə bu iddialara münsibət bildirib.
Raşford “Bu, cəfəngiyatdır. Bütün diqqətimi Premyer Liqada mövsümü ən yaxşı şəkildə başa vurmağa və kuboklar qazanmağa yönəlmişəm” – deyə, sosial şəbəkə hesabından paylaşım edib.

