Kateqoriyasız

Marselo Bakıya gəlir?

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Olimpiakos” növbəti yeni transferinə hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, Yunanıstan klubu Madrid “Real”ının ulduz futbolçusu Marselonu heyətinə qatmağa yaxındı. “Olimpiakos” rəhbərliyinin braziliyalı futbolçu ilə danışıqlarda müsbət sonluğun əldə edildiyi bildirilir.

“Qarabağ” “Olimpiakos”a qarşı ilk matçını oktyabrın 6-da səfərdə keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43