24 İyun 2026
Kateqoriyasız

Mahirli “Dinamo”dan növbəti qələbə

Millimizin üzvü Mahir Emreli Zaqreb “Dinamo”su ilə Xorvatiya çempionatında növbəti matçını keçirib.

İdmanxeber.az-ın  məlumatına görə, son Xorvatiya çempionu VIII turun açılış oyununda “Riyeka”ya evdə qalib gəlib – 3:1.

Emreli komandasında ikinci qolun müəllifi olmuş hücumçu Dario Şpikiçin əvəzinə 77-ci dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, bu nəticədən sonra “Dinamo” 22 xalla liderliyini möhkəmləndirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43