Misli Premyer Liqasının XII turunda “Sumqayıt” doğma meydanda “Qarabağ”ı qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, ev sahibi komandada çətin oyun öncəsi üzlər gülür. Belə ki, heyətdə Ayxan Süleymanlıdan başqa zədəli futbolçu yoxdur.
“Qarabağ” isə matça ciddi itkilərlə çıxacaq. Kadi Borges və Şahruddin Məhəmmədəliyev zədə səbəbindən “Sumqayıt”a qarşı oynamayacaqlar.
Qeyd edək ki, “Sumqayıt” – “Qarabağ” oyunu noyabrın 21-də keçiriləcək. Matçın start fiti 19:00-da səsləndiriləcək.

