04 İyun 2026
Dünya futbolu

Mbappe Bakıya gəlməyəcək

DÇ-2026-nın seçmə mərhələsinin son turunda Azərbaycanla qarşılaşacaq Fransa millisi Bakıya ciddi itki ilə gəlir.

İdmanxeber.az xəbər verir ki, komandanın kapitanı Kilian Mbappe zədəsinə görə oyunda iştirak etməyəcək. Sağ topuğunda ağrı yaranan ulduz futbolçu millinin düşərgəsini tərk edərək Madridə qayıdıb və müalicəyə başlayıb.

Azərbaycan – Fransa oyunu noyabrın 16-da, saat 21:00-da Tofiq Bəhramov stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43