05 İyun 2026
Dünya futbolu

“Real”ın futbolçuları qayıtdı – Hazırdılar

“Real”ın iki aparıcı futbolçusu – qapıçı Tibo Kurtua və yarımmüdafiəçi Federiko Valverde “Elçe” ilə oyunda meydana çıxa bilər.

İdmanxeber.az xəbər verir ki, hər iki oyunçunun zədədən tam sağalaraq matça hazır olacağı gözlənilir.

Bildirilib ki, Kilian Mbappe və Eduardo Kamavinqa da Fransa millisindən Madridə problemsiz qayıdıblar. Mbappenin Azərbaycanla oyunu buraxacağı açıqlansa da, bu, klub səviyyəsində ciddi problem yaratmayıb.

“La Liqa”nın “Elçe” – “Real” qarşılaşması noyabrın 23-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43