Dünya futbolu

Mbappe peşman olub – “Real”ı gözləyir

UEFA Çempionlar Liqası ilə erkən vidalaşan PSJ-də ulduz futbolçular komandadan ayrılacaq.

İdmanxeber.az-ın məlumatına görə, heyətin əsas üzvlərinin olan Lionel Messi, Kilian Mbappe və Neymarın Paris klubu tərk edəcəyi bildirilir. Rəhbərlik də PSJ-də yeniliyə ehtiyac duyduğu üçün bəzi futbolçuların getməsinə mane olmayacaq.

İspaniyanın “Marca” nəşri yazır ki, fransalı forvard “Real”a transfer olmaq istəyir. O, Madrid klubu ilə təmaslara başlayıb. PSJ rəhbərliyi Messi və Neymarı buraxmaq istəsə də, Mbappeni saxlamaq niyyətindədir.

Fransa millisinin üzvü isə komandanın Çempionlar Liqasında vidlaşmasını qəbul edə bilmir. Onun Paris klubu ilə müqavilə yenilədiyi üçün peşman olduğu vurğulanıb.

Xəbərdə yayda Mbappenin “kral klubu”na keçmə ehtimalının yüksək qiymətləndirilib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43