Dünya futbolu

“Meydanda “Real”ı görmədim” – Quti

“Real”ın sabiq oyunçusu Quti “Mançester Siti” ilə oyundan sonra məyus olub.

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda 0:4 hesabı ilə məğlub olub. Görüşün ardından komandanın əfsanəvi futbolçularından Quti matçı belə şərh edib:

“Real”ı meydanda görmədim. Qarşılaşma üçün plan nə idi? Rəqibin sürətli şəkildə hücuma keçəcəyi bəlli idi. Onlar hər şeyi mükəmməl səviyyədə etdi.

“Real”da isə heç nə yox idi. Hələ Kurtua əla oyun çıxarmasaydı, hesab daha fərqli ola bilərdi. Ondan başqa hamı günahkardır”. 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43