Dünya futbolu

Milli komanda Rusiya ilə oynamaq istəyir

Qana millisi Rusiya ilə yoldaşlıq oyunu keçirməyə hazırlaşır.

İdmanxeber.az xəbər verir ki, bu barədə Qana Futbol Federasiyasının prezidenti Kurt Okraru açıqlama verib. O bildirib ki, hələlik tərəflər arasında danışıqlar başlamayıb.

Qurum rəhbəri yaxın vaxtda Rusiya Futbol Federasiyasına yoldaşlıq oyunu ilə bağlı rəsmi müraciət edəcəklərini bildirib 

Rusiya və Qana milliləri daha əvvəl bir dəfə qarşılaşıblar. 2016-cı ildə komandalar Moskvada yoldaşlıq oyunu keçirib və bu görüşdə ruslar 1:0 hesabı ilə qalib gəliblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43