15 İyun 2026
Dünya futbolu

“Milan” PSJ-nin futbolçusunu istəyir

İtaliyanın “Milan” klubu PSJ-nin hücumçusu Qonçalo Ramosun transferi üçün hərəkətə keçib.

İdmanxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar” 24 yaşlı portuqaliyalı forvard üçün 30 milyon avro təklif etməyə hazırdır.

Hazırda Fransa təmsilçisi bu təklifə cavab verməyib. PSJ-nin yaxın günlərdə mövqeyini açıqlayacağı gözlənilir.

Fərid Nəsibov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43