17 İyun 2026
Ölkə futbolu

“Şelbrun” – “Qarabağ” matçına bütün biletlər satıldı

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Şelbrun” (Shelbourne) – “Qarabağ” matçı üçün bütün biletlər satılıb.

İdmanxeber.az-ın məlumatına görə,  “Tolka Park”da keçiriləcək UEFA Çempionlar Liqasının ikinci mərhələsində “Qarabağ” FK ilə qarşılaşmaya bilet qalmayıb. Biletlər bir gün ərzində satılıb.

Paytaxt Dublində yerləşən “Tolka Park” arenasının 6 minə yaxın tamaşaçı tutumu var.

“Şelbrun” – “Qarabağ” oyunu iyulun 23-də keçiriləcək. Bu komandaların cavab görüşü isə iyulun 30-da Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43