05 İyun 2026
Dünya futbolu

“Milan” uruqvaylı hücumçu ilə danışıq aparır

“Liverpul”un forvardı Darvin Nunyes karyerasını İtaliyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunun xidmətində “Milan” klubu maraqlıdı. Artıq hücumçunun meneceri  “rossonyerlər”lə danışıq aparır..

Nunyesin “Liverpul”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Onun transfer dəyəri 65 milyon avrodur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43