15 İyul 2026
Dünya futbolu

“Milan”da qalmaq istəyirəm” – Rafael Leau

“Milan”ın hücumçusu Rafael Leau gələcək karyerası barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı futbolçu İtaliya klubunda qalmaq istədiyini bildirib. O, hazırda danışıqların davam etdiyini açıqlayıb:

“Bəli, mən burada qalmaq istəyirəm, amma həll edilməli olan bəzi şeylər var. Hələ bir illik müqaviləm davam edir, danışıqlar aparırıq. “Milan”da özümü evimdəki kimi hiss edirəm. Burada olmaqdan çox xoşbəxtəm”.

23 yaşlı portuqaliyalı bu mövsüm 40 oyuna çıxıb, 11 qol vurub və 12 məhsuldar ötürmə edib. Onun “Milan”la müqaviləsi 2024-cü ilin yayına qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43