04 İyul 2026
Dünya futbolu

“Milan”dan “Atalanta”ya

“Atalanta” Şarl de Ketelareni 1 illik icarə əsasında heyətinə qatdığını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu bu transfer üçün Milana 3 milyon avro icarə haqqı ödəyəcək. Müqavilədə həmçinin 22 milyon avroluq satınalma bəndi də var.

De Ketelare ötən mövsüm “rossoneri”nin heyətində 40 oyuna çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43