UEFA Konfrans Liqası III turu cavab matçında “Beşiktaş”ın qonağı olacaq “Neftçi” dəstəksiz qalmayacaq.
İdmanxeber.az-a verilən məlumata görə, təmsilçimizi İstanbulda 1000 azarkeş qələbəyə səsləyəcək. Tərəfdarlar bununla bağlı artıq kluba müraciət edib.
“Beşiktaş – “Neftçi” oyunu sabah saat 22:00-da başlayacaq. Tərəflər arasında Bakıdakı ilk matç Türkiyə klubunun qələbəsi (3:1) ilə başa çatıb.

