“İsveç səfəri də çətin keçəcək. Onlar da ilk oyunda böyük hesabla məğlub olublar. İki komandanda da ilk oyunda uduzduğu üçün qalib gəlmək istəyəcək”.
Bu sözləri idmanxeber.az saytına Azərbaycan millisinin sabiq hücumçusu Vaqif Cavadov yığmamızın AVRO-2024 seçmə mərhələsi çərçivəsində keçirəcəyi İsveç oyunu barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Hansı baş məşqçi komandanı düzgün hazırlaya bilsə, onlar da qalib gələcək. Açığı, millidən mübahisələrə səbəb olan Avstriya oyunun ardından toparlanıb İsveçə qarşı yaxşı çıxış etməsini gözləyirəm.”.
Cavadov yığmanın Avstriyaya qarşı performansından da danışıb. O, millimizin bu oyununun gözlənilməz olduğunu bildirib:
“Avstriyaya qarşı heç kim bələ bir nəticə və oyun gözləmirdi. Həmin oyunda start heyətlə bağlı müxtəlif fikirlər söyləyə bilərik. Amma bu, baş məşqçinin seçimidi. Oyun göstərdi ki, rəqibdən xal almaq şansımız yox idi.
Ancaq konkret fikir bildirmək üçün mərhələnin sonunu gözləmək lazımdır. Hazırda millinin yanında olmalıyıq”.
Həsən Quluzadə

