15 İyul 2026
İdman

Millimiz Avropa Superfinalında A divizionunu tərk etdi

Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa Superfinalında B divizionuna düşüb.

İdmanxeber.az-ın məlumatına görə, yığma İtaliyanın Alqero şəhərində təşkil olunan turnirdə 14-cü yeri tutaraq, A divizionunu tərk edib.

Komanda sonuncu oyununu Moldovaya qarşı keçirib. Görüşün əsas vaxtı 4:4 hesabı ilə başa çatıb. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən moldovalılar (4:1) qələbə qazanıblar.

Azərbaycan yığmasının heyətində Orxan Məmmədov və Sabir Allahquliyev fərqləniblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43