Almaniya Qərb Regional Liqasında 26-cı turun oyunları keçirilib.
İdmanxeber.com-un məlumatına görə, millimizin üzvü Toğrul Erat şərəfini qoruduğu “Fortuna II” (Dusseldorf) klubunda növbəti qollarını vurub.
“Vattenşayd 09”la səfər matçında 2 qol vuran futbolçumuz komandasının xal qazanmasında yardımcı olub.
Qeyd edək ki, qarşılaşma 3:3 hesabı ilə başa çatıb.

