Azərbaycan milli komandasının futbolçusu Pavel Paşayevin çıxış etdiyi Ukraynanın “Aleksandriya” klubu Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
İdmanxeber.com-un məlumatına görə, komanda Belarsda BATE ilə matçda qollu bərabərlik edib – 1:1. Pavel bu oyunda ehtiyatda qalıb.
Xatırladaq ki, mübarizəyə III təsnifat mərhələsindən başlayan “Aleksandriya” “Zirə”ni mübarizədən kənarlaşdıran Rumıniyaın “Astra” klubunu məğlub edib.

