14 İyul 2026
İdman

Millimizin heyətində dəyişiklik edildi

Təlim-məşq toplanışını davam etdirən Azərbaycanın futzal millisinin heyətində dəyişiklik edilib.

İdmanxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Məşq prosesində zədələnən Rövşən Hüseynli komandanın düşərgəsindən ayrılıb. Hazırda toplanışda ikisi qapıçı olmaqla, 15 futzalçı iştirak edir. Səfərə onlardan 14-ü gedəcək.

Qeyd edək ki, martın 11-də Afinada keçiriləcək Yunanıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43