19 İyul 2026
Ölkə futbolu

Millimizin sabiq futbolçusu həbs edildi 

Milli komandamızın sabiq futbolçusu Abdulla Abatsiyev Rusiyada dələduzluq ittihamı ilə həbs edilib.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb 31 yaşlı keçmiş oyunçunun fırıldaqçı şəbəkənin üzvü olmasıdır. Onlar 79 yaşlı təqaüdçüyə zəng edərək, özlərini hüquq mühafizə orqanının əməkdaşları kimi təqdim ediblər və təqaüdçünü 14 milyon rubl (265 min 188 manat) verməyə razı salıblar.

Pulu götürəcək şəxsin məhz Abdulla Abatsiyev olduğu məlum olub.

Abatsiyev “Sumqayıt”da və “İnter”də çıxış edib. Gənc futbolçu Azərbaycanın əsas yığmasına da cəlb olunub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43