İdman

Millimizin sabiq üzvü həbs olundu

Azərbaycan millisinin və “Kəpəz”in sabiq futbolçusu Faiq Cabbarov həbs olunub.

İdmanxeber.com “Futbol+”-ə istinadən xəbər verir ki, polis keçmiş futbolçunu onunla bağlı çoxsaylı şikayət ərizələrindən sonra həbs edib. Cabbarov bir neçə şəxsdən külli miqdarda borc alıb, qaytarmamaqda ittiham olunur.

Xatırladaq ki, bir müddət əvvəl Cabbarovun ölüm xəbəri yayılmışdı. Sonradan məlum olmuşdu ki, veteran futbolçu sağdı və Samuxdakı fermaların birində çalışır. Onun normal həyata qayıdacağı, “Kəpəz”də məşqçilik edəcəyi deyilirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43