Dünya futbolu

PSJ Neymarın təqdimetmə mərasimi üçün Paris merinə müraciət etdi

PSJ rəhbərliyi Neymarın təqdimatı ilə bağlı variantları nəzərdən keçirir.

İdmanxeber.com-un məlumatına görə, keçid baş tutmasa da, klub artıq indidən təqdimatın təntənəli olması haqda düşünür.

ESPN-in məlumatına görə, PSJ rəhbərliyi Paris polisinə mərasimin həyata keçirilməsilə bağlı müraciət edib. Lakin, mərasimin keçiriləcəyi yerlə bağlı son qərar hələlik qəbul edilməyib. Əgər şəhər merinə ilə razılıq əldə edilməsə, futbolçunu  “Park de Prens”də təqdim edəcəklər.

Xatırladaq ki, 2012-ci ildə Zlatan İbrahimoviçin təqdimat mərasimi Eyfel qülləsinin yanında baş tutmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43