Azərbaycan millisinin sabiq üzvü karyerasını bitirdi.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, söhbət Rahid Əmirquliyevdən gedir. “Səbail”lə müqaviləsi sona çatan təcrübəli futbolçuya yeni sözləşmə təklif edilməyib.
Bu səbəbdən də 34 yaşlı yarımmüdafiəçi karyerasını bitirmək qərarına gəlib. Rəsmi açıqlamanın yaxın vaxtda edilməsi gözlənilir.
Xatırladaq ki, Rahidin “Səbail”in akademiyasında və ya əvəzedici heyətdə məşqçilik edəcəyi barədə söyləntilər var.

