Kateqoriyasız

Millimizin üzvü Bundesliqa matçında 74 dəqiqə oynadı

Millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” Almaniya II Bundesliqasının 26-cı turunda doğma meydanda “Haydenheym”lə qarşılaşıb.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Nazarov start heyətdə meydana daxil olub və 74-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Karlsrue” 26 turdan sonra 35 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43