02 İyul 2026
Dünya futbolu

Millinin baş məşqçisi istefa verdi

Sergey Rebrov Ukrayna millisinin baş məşqçi vəzifəsindən ayrılıb.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər müqaviləyə qarşılıqlı razılıqla xitam veriblər. 2023-cü ildən yığmaya rəhbərlik edən mütəxəssis bundan sonra Ukrayna Futbol Assosiasiyasında (UAF) vitse-prezident kimi fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Ukrayna millisi onun rəhbərliyi altında dünya çempionatına vəsiqə qazana bilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43