Azərbaycan millisinin Belarusa qarşı görüşdə zədələnən futbolçusu Amin Seydiyevin son durumu bəlli olub.
İdmanxeber.az-a verilən məlumata görə, müdafiəçinin əzələsində dartınma olub. O, bir müddət yaşıl meydanlardan kənar qalacaq.
Seydiyev “Sabah”ın Misli Premyer Liqasının 28-ci turu çərçivəsində üz-üzə gələcəyi “Sumqayıt” görüşündə çıxış edə bilməyəcək.
Xatırladaq ki, sözgedən qarşılaşma martın 29-da, saat 19:00-da start götürəcək.

