Ölkə futbolu

Millinin ulduzları imza dağıtdı – Fotolar

Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində növbəti imza günləri keçirilib.

İdmanxeber.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimizin iki üzvü – “Qəbələ”nin müdafiəçisi Təmkin Xəlilzadənin və “Qarabağ”ın hücumçusu Mahir Mədətovun imza günü “Avropa Liqası muzeyi”ndə  olub.

Muzey ziyarətçiləri imza günündə futbolçularla yaxından tanış olub, onlardan imza alıb, eləcə də foto çəkdiriblər.

Xatırladaq ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi haqqında qərar qəbul edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43