15 İyun 2026
Ölkə futbolu

Mingəçevirdə qorxulu anlar – futbolçunun dili qatlandı – FOTO

Azərbaycan I Liqasının sonuncu turu çərçivəsində keçirilən “Mingəçevir” – “Karvan” oyununda qorxulu anlar yaşanıb.

İdmanxeber.az-ın məlumatına görə, görüşün ikinci hissəsində qonaqların qapısı qarşısında baş verən bir epizodda oyunçular toqquşub. Ciddi zədə alan “Karvan”ın futbolçusu İzzət Maştuqovun dili qatlanıb.

Futbolçu dərhal təcili yardım maşını ilə xəstəxanaya aparılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43