25 İyul 2026
Kateqoriyasız

Mirça Rednikin futbolçusu meydanda can verdi (VİDEO)

Rumıniya çempionatında bədbəxt hadisə yaşanıb.

İdmanxeber.com-un məlumatına görə, “Dinamo” və “Vitorul” komandaları arasında oynanılan oyunda qonaqların futbolçusu Patrik Ekenq ürək çatışmazlığından vəfat edib.

Ekenq oyunun 63-cü dəqiqəsində oyuna daxil olub. 70 ci dəqiqədə anidən yerə yıxılan kamerunlu futbolçuya ilk müdaxiləni klub həkimləri edib. 26 yaşlı futbolçu daha sonra xəstəxanaya aparılıb, edilən bütün müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43