19 İyul 2026
Dünya futbolu

Morata “Qalatasaray”dan gedir

“Qalatasaray”ın “Milan”dan 1 illik icarərə götürdüyü Alvaro Morata komandada qalmaq istəmir.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli oyunçu əsas heyətə düşə bilmədiyi üçün bu qərarı verib. O, daha çox oynaya biləcəyi kluba getmək istəyir.

32 yaşlı forvard buna görə də mövsüm başa çatan kimi “Milan”a qayıtmağı planlaşdırır. İspaniya millisinin üzvü “sarı-qırmızılar”ın heyətində meydana çıxdığı 10 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun icarə müqaviləsi 2025-ci ilin 20 yanvar tarixinə kimi nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43