Dünya futbolu

Mourinyo əsəbləşdi: “Boş xəyallar satmaq lazım deyil”

“Roma”nın baş məşqçisi Joze Mourinyo klubun idman direktoru Tiaqo Pintoya sərt cavab verib.

İdmanxeber.az-ın məlumatına görə, klub rəsmisi bir müddət öncə yerli mətbuata hədəflərinin Çempionlar Liqasına qatılmaq olduğunu bildirib. Pintonun bu açıqlaması Mourinyonu əsəbləşdirib.

O, klub rəsmisinə belə cavab verib:

“Belə bir hədəfin olduğundan xəbərsizəm. “Roma”nın ÇL-yə qatılacağı yönündə bir iddiam olmayıb. İnsanlara boş xəyallar satmaq lazım deyil. Ötən il Konfrans Liqasını qazanmışam. Bu il isə Avropa Liqasının finalındayıq.

Ömründə kubok görməyən məşqçilər, futbolçular var. Mövsümün necə bitməsindən asılı olmayaraq mənim üçün hər şey mükəmməldir”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43