Kateqoriyasız

Mübariz Mənsimov: “…fəda etməliyik”

“Qarşıdakı Prezident seçkilərində mən səsimi Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan cənab İlham Əliyevə verəcəyəm”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri tanınmış iş adamı, “PALMALİ” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov deyib. Oktyabrın 9-da keçiriləcək seçkilərdən danışan “Xəzər Lənkəran”ın fəxri prezidenti səsini İlham Əliyevə verəcəyini bildirib:

“Azərbaycanımızı önümüzdəki illərdə daha da böyük zirvələrə daşımaq üçün Böyük Millətimiz birlik və bərabərlik içində gecə-gündüz demədən çalışmalı, Qarabağımızın xoş sabahı uğrunda hər şeyimizi fəda etməliyik. Mən də çoxmillətli və çoxminli Palmali ailəsi ilə birlikdə hər zaman xalqımın, onun Prezidentinin yanındayam.

Qarşıdakı Prezident seçkilərində mən səsimi Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan cənab İlham Əliyevə verəcəyəm. Müdrik və uzaqgörən xalqımızın da namizədinin möhtərəm İlham Heydər oğlu Əliyev olduğuna inanıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43