Dünya futbolu

“Mudrik yeni komandaya uyğunlaşmağa çalışır” – Qrem Potter

“Çelsi”nin baş məşqçisi Qrem Potter yerli mətbuata müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, ingiltərəli mütəxəssis komandanın yeni transfer Mixail Mudrik barədə danışıb. O, ukrayanlı futbolçuya inandığını bildirib:

“Əlbəttə, Mudrikə şans vermək niyyətindəyik. Ona böyük inamımız var. O, hazırda yeni komandaya uyğunlaşır. Onun gəlişi barədə müzakirələr mövsümə hazırlıq mərhələsinə başlamışdı. Premyer Liqa davam edərkən çempionata adaptasiya olmaq asan deyil”.

Mudrik 120 milyon avro qarşılığında “Şaxtyor” klubundan “Çelsi”yə keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43