Dünya futbolu

“Real” Mbappeni gözləyir

“Real” 2024-cü ildə PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etməyə hazırdır.

İdmanxeber.az xəbər verir ki, bu barədə nüfuzlu AS nəşri məlumat yayıb. Bildirilir ki, Madrid klubu yayda oyunçu almağa cəhd etməyəcək.

Rəhbərlik 24 yaşlı futbolçunu təzminat ödəmədən heyətinə qatmaq niyyətindədir.

Mbappenin PSJ ilə müqaviləsi 2024-cü ildə sona çatır. Bu səbəbdən də “Real” ulduz oyunçu üçün gözləmə mövqeyini üstün tutub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43