Ölkə futbolu

Muntyanunun “Qəbələ”dəki köməkçiləri bəlli oldu

“Qəbələ”nin yeni baş məşqçisi Dorinel Muntyanu köməkçilərinin adını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, rumıniyalı mütəxəssis klubun rəsmi saytına müsahibəsində köməkçilərinin qısa müddətdə kollektivə qoşulacağını deyib:

“Onlar gələn kimi işə başlayacağıq. Fiziki hazırlıq üzrə bizə alman məşqçi Ruben Hornberger kömək edəcək. Bundan əlavə Moldovadan analist-məşqçi Andey Martin və Rumıniyadan məşqçi Katalin Çorman komandamda olacaq. Təbii ki, yerli köməkçi məşqçi Sənan Qurbanov və qapıçı məşqçisi Dmitri Kramarenko ilə də çalışmaqdan məmnunam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43