Kateqoriyasız

Murad Musayevdən qələbə şərhi

“Belə qarşılaşmalara başqa cür köklənmək lazımdır”.

İdmanxeber.az-ın məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev səfərdə “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VIII tur oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis çox çətin matç olduğunu bildirib: “Rəqib meydanın hər qarışında mübarizə apardı. Son dəqiqələrdə qol vuraraq qələbə qazandıq. Belə nəticələr psixoloji cəhətdən önəmlidir”.

Musayev ikili mübarizələrdə uduzduqlarını xatırladıb: “Əks-hücumlara sürətli keçə bilmirdik. Bunlara görə narazı qaldım”.

Rusiyalı baş məşqçi ilk dəfə Şamaxıya səfər etdiyini söyləyib: “Qələbə qazandığımız üçün emosialar müsbətdir. Meydanda təbii ot örtüyü olsaydı, daha yaxşı olardı. Tribunalarda da çoxlu azarkeşlər var idi. Bu, yaxşı haldır”.

Mütəxəssis son olaraq Namik Ələskərovun zədəsi barədə danışıb: “O, hazırda özünü yaxşı hiss edir. Yaxın günlərdə komanda ilə məşqlərə qoşulacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43