Kateqoriyasız Ölkə futbolu

“Təcrübəli oyunçuya bir dəfə deyirsən, başa düşür, amma…” – Cavid Hüseynov

“Şamaxı”nın məşqçisi Cavid Hüseynov Azərbaycan Premyer Liqasının VIII turunda “Sabah”a məğlubiyyətdən sonra fikirlərini bildirib.

İdmanxeber.az xəbər verir ki, o, “CBC Sport”a açıqlamasında 0:1 hesablı yenilgini belə şərh edib:

“Bilirdik ki, rəqib çox güclüdür. Hücum xəttində sürətli oyunçulara sahibdirlər. Baş məşqçilərinin də öz dəst-xətti var. Futbolçulaırmız rəqibdən aşağı səviyyədə oynamadılar. Təcrübə öz sözünü dedi. Buna görə məğlub olduq”,

Mütəxəssis gənclərə şans verdiklərini və nəticə barədə çox danışılmasının düzgün olmadığını bildirib:

“7-8 tur keçib. Artıq hər kəs nəöticədən danışır. Klubun strategiyası yerli futbolçuların inkişafıdırsa, nəticəni hər dəfə qabartmağın nə mənası var?! Legioner cəlb etsək, məşqçilər üçün lap yaxşı. Onda biz az əziyyət çəkərik. Bu gün üzərimizə ikiqat iş düşür. Təcrübəli oyunçuya bir dəfə deyirsən, başa düşür, amma gənclərə 3-4 dəfə demək lazım olur. Yerliləri fikirləşiriksə, hər dəfə nəticəni gözümüzə soxmağa dəyməz. Öz işimizlə məşğuluq. Əsas məqsədimiz gənc futbolçulaırn inkişafıdır. Burada nəticədən söhbət gedə bilməz. Mövsümün sonuna qədər belə davam edib-etməyəcəyimizi deyə bilmərəm. Ola bilər, dəyişiklik baş versin. Bu cür təzyiqlə qarşılaşırıq, inanmıram ki, rəhbərliyimiz sonq dərə buna tab gətirsin. Ola bilər, qarşıda legionerlər cəlb edək. Əsas istəyimiz öz oyunçularımızın inkişafıdır. Buradan 1-2 futbolçu çıxarıb milliyə verə bilsək nə gözəl. Nəticəmiz budur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43