12 İyul 2026
Dünya futbolu

Murillo “Çelsi”nin hədəfindədir

“Nottingem Forest”in braziliyalı müdafiəçisi Murillo “Çelsi”nin hədəfindədir.

İdmanxeber.az xəbər verir ki, “The Daily Express”ə görə, London klubu yanvarda “Kristal Pelas”ın kapitanı Mark Qehini ala bilməsə, Murillonun transferinə cəhd edəcək.

Qeyd edək ki, 23 yaşlı futbolçu 2023-cü ildə “Korintians”dan “Nottingem Forest”ə keçib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43