Moskva “Spartak”ı baş məşqçi Deyan Stankoviçi istefaya göndərərək, onun yerinə “Barselona”nın sabiq çalışdırıcısı Xavini gətirmək istəyib.
İdmanxeber.az-ın məlumatına görə, rus klubu 45 yaşlı mütəxəssislə danışıqlar aparsa da, Xavi Rusiyada işləməkdən imtina edib.
Qeyd edək ki, Xavi son olaraq 2023-cü ilin yayında “Barselona”ya rəhbərlik edib.

