Kateqoriyasız

Musa Qurbanlı Bundesliqa klubunun hədəfində

“Qarabağ”ın cari mövsümdəki çıxışı futbolçularına Avropada maraq oyadıb.

Bir çox klub Patrik Andrade, Kadi Borges, Abdulla Zubir kimi futbolçularla yaxından maraqlanır. Ağdamlıların daha bir üzvü karyerasını Avropada davam etdirə bilər. Söhbət Musa Qurbanlıdan gedir. Hücumçu ilə Avstriya bundesliqasında çıxış edən “Volfsberq” maraqlanır. Klub mövsümün sonunda forvard üçün “Qarabağ”la danışıqlar aparmaq niyyətindədi.

Hazırda Avstriya bundesliqasında 5-ci pillədə qərarlaşan komandanın hədəfi gələn mövsüm avrokuboklara vəsiqə qazanmaqdı. “Volfsberq” 2020/21 mövsümündə Avropa Liqasının qrup mərhələsində iştirak edib və mübarizəni 1/16 finalda “Tottenhem”ə məğlub olmaqla dayandırıb.

Qeyd edək ki, Musa Qurbanlı bu mövsüm premyer-liqada 12 matçda 7 qol vurub, 4 məhsuldar ötürmə verib. 21 yaşadək futbolçulardan ibarət yığmalar arasında Avropa çempionatının seçmə mərhələsində də rəqibləri 3 dəfə məyus edib.

football-plus.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43