“Napoli”nin yarımmüdafiəçisi Skott Maktominey karyerasını yenidən İngiltərədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Mançester Yunayted” öz yetirməsini geri qaytarmaq istəyir.
Futbolçuya “Nyukasl” və “Tottenhem” də maraq göstərir. Həmçinin “Barselona”nın da 28 yaşlı oyunçunu izlədiyi bildirilir.
Maktominey bu mövsüm “Napoli”də 14 oyunda 4 qol və 1 assistlə yadda qalıb. 2017–2024-cü illərdə “MY”nin heyətində 178 matçda 19 qol vurub.

