Bu gün Azərbaycan Premyer Liqasında 33-cü tura start verilir.
İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə 3 görüş baş tutacaq.
Lider "Qarabağ" Lənkəranda "Xəzər Lənkəran"ın qonağı olacaq. "Sumqayıt" isə son vaxtların ən uğurlu komandası "Qəbələ"ni sınağa çəkəcək.
Günün son qarşılaşması isə "İnter Arena"da keçiriləcək. Burada "Neftçi" "İnter"in qonağı olacaq.
Tura sabah keçiriləcək bir oyunla yekun vurulacaq: 17:00. “Bakı” – AZAL.
8 may (cümə)
Azərbaycan Premyer Liqası, 33-cü tur
20:00. “İnter” – “Neftçi” – 4:0
Qol: Baçana Sxadadze, 45 (1:0) Meza Kolli, 49, Sxadadze, 56, Elvin Məmmədov, 90+1
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Mehman Mahmudov, Ömər Paşayev
“İnter Arena”.
18:00. “Xəzər Lənkəran” – “Qarabağ” – 1:1
Qollar: Ağabala Ramazanov, 78 (1:0), Leroy Corc, 80 (1:1)
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Vüqar Bayramov, Ramil Əhmədov
Lənkəran" şəhər stadionu.
18:00. “Sumqayıt” – “Qəbələ” – 0:2
Qollar: Aleksey Qay, 39 (0:1), Viktor Mendi, 41 (0:2)
Qırmızı vərəqə: Ruslan Tağızadə, 83 ("Qəbələ")
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Elvin Əsgərov
Sumqayıt şəhər stadionu

