08 İyul 2026
Kateqoriyasız

“Neftçi” tərk edildi

“Neftçi” azarkeşləri “İnter”lə matçda sona kimi komandalarına dəstək olmayıblar.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb komandanın biabırçı hesabla (hazırda) uduzmasıdı. Hətta Rauf Əliyevin penaltini qeyri-dəqiq yerinə yetirməsi azarkeşlərin “səbr kasası”nı daşırıb. Matçın sonuna 15 dəqiqə qalmış “Neftçi” fanatları “İnter Arena”nı tərk edib. 

Oyunboyu isə azarkeşlər Arif Əsədovun istefasını tələb ediblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43